ATU-nun iki əcnəbi tələbəsi universitetdən xaric edilib, digərlərinə şiddətli töhmət elan olunub
29.11.2022 10:48

Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib. Toplantıda universitetin bəzi əcnəbi tələbələrinin davranışı ilə bağlı qərarlar qəbul edilib.

 

ATU-nun mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, əcnəbi tələnələrdən ikisinin ali məktəbdən xaric olunmasına dair qərar verilib.

 

Qeyd edilib ki, ATU-nun 6 əcnəbi tələbəsi universitetdən kənar məkanda digər tələbələrə fiziki zorakılıq və şiddət tətbiq etməklə yanaşı, onları qorxudublar. Zorakılıq aktını video-lentə alan tələbələr bu çəkilişi sosial şəbəkələrdə paylaşacaqları ilə digərlərini hədələyiblər. Faktla bağlı Nəsimi rayon polis bölməsində aparılan araşdırma zamanı iki əcnəbi tələbənin - Al Khawaldeh Mohammad Khev Ahmad və Abdullah Mohammaed Sahrinin tələbələrə güc tətbiq edərək, fiziki şiddət göstərdiyi təsdiqlənib.

 

ATU-nun Rektoryanı Şurasının üzvlərinin qərarına əsasən, adı çəkilən 2 tələbə universitetdən xaric edilib, hadisədə iştirak digər 4 tələbənin (Mohamad Eihab Ahmed Aldakach, Al Jivondi MHD Nabil Khalid, Al Ali Aussesami, Hafez Mohammed Ali) isə şəxsi işinə qeyd etməklə onlara şiddətli töhmət verilib.

 

Rektor yanı şuranın müzakirə etdiyi digər məsələ ATU-nun II müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Orxan Bəhmənlinin davranışı ilə bağlı olub. O.Bəhmənlinin noyabrın 17-də anatomiya fənni üzrə keçiriləcək aralıq imtahanlarının suallarının cavablarını əldə edərək digər tələbələr arasında yayıb və bununla da tələbənin imtahanı pozması təsdiqlənib. Rektoryanı Şuranın qərarına əsasən, O.Bəhmənlinin şəxsi işinə yazılmaqla şiddətli töhmət elan edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır