Səhiyyə naziri: "Azərbaycan ÜST-lə 1992-ci ildən sıx əməkdaşlıq edir"
28.11.2022 16:00

Səhiyyə Nazirliyində ölkəmizdə ikigünlük işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Hesablama Sisteminin (SHS) tətbiqi və səhiyyə xərclərinin izlənməsinin qiymətləndirilməsi üzrə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ÜST-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı da iştirak edib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Görüşdə səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir. 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.

 

Teymur Musayev səhiyyə və iqtisadiyyatın bir-biri ilə ayrılmaz şəkildə əlaqəli olduğunu deyib: “Səhiyyə sisteminin inkişafı üçün tələb olunan maliyyə resurslarının formalaşmasında güclü iqtisadiyyata ehtiyac var. Səhiyyə Hesablama Sistemi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı, USAID və digər beynəlxalq inkişaf təşkilatları ilə birlikdə işlənib hazırlanmış hökumətlərə səhiyyə üzrə maliyyə axınlarını sistematik şəkildə izləməyə və qiymətləndirməyə imkan verən qlobal platformadır. Səhiyyə Nazirliyi Azərbaycanda bu proqramın həyata keçirilməsi üçün hər cür köməklik göstərməyə hazırdır”.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndəsi David Gzirishvili Azərbaycanda səhiyyə sektorunda mühüm islahatların aparıldığını, xüsusən də səhiyyə sisteminin gücləndirilməsi işlərinə başlanıldığını bildirib. Onun sözlərinə görə, SHS-nin tətbiq edilməsində ölkələrə texniki dəstəyin göstərilməsi ÜST-nin prioritetlərindən biridir. Belə ki, səhiyyə xərclərinin izlənilməsi, məlumatların və beynəlxalq müqayisələrin təmin edilməsində qlobal lider olaraq, ÜST ölkə kontekstinin qiymətləndirilməsi, ilkin qiymətləndirmələrin aparılması, yerli potensialın yaradılması və SHS prosesinin davamlığının təmin olunması üçün ölkələrə texniki dəstək göstərir.

 

Qeyd edək ki, SHS əsas funksiyasından əlavə, səhiyyə sisteminin fəaliyyətini izləmək və qiymətləndirmək məqsədilə analitik alətlər üçün giriş kimi istifadə olunur. Bundan başqa, səhiyyə xərclərinin SHS metodologiyasına əsaslanan izlənməsi üsulu ənənəvi fiskal təhlil ilə müqayisədə tibbi xidmətlərin istifadəsi haqqında daha zəngin məlumat verir.

 

Müəllif: Zamiq İbrahimov

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib