II Beynəlxalq Laboratoriya Təbabəti Konfransı keçirilib
28.11.2022 14:17

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin təşkilati dəstəyi, “Uptodate in Medicine” Təşkilatının texniki dəstəyi ilə Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (AZKLMİB) II Beynəlxalq Laboratoriya Təbabəti Konfransı keçirilib.

 

Bu barədə Aztibb.az-a İSİM-dən məlumat verilib.

 

Konfransın keçirilməsində məqsəd klinik laboratoriya mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə müasir yeniliklərin təqdim edilməsi olub.


Azərbaycan mütəxəssisləri ilə yanaşı, Türkiyə, Çin və Moldovadan olan məruzəçilərin də iştirak etdiyi tədbirdə 8 paneldə laboratoriya təbabətinin aktual mövzularına dair 40 məruzə təqdim olunuv.

 

İki gün davam edən konfransda ölkəmizin müxtəlif bölgələrindən 200-dən çox klinik biokimya və klinik mikrobiologiya mütəxəssisi iştirak edib.

 

Tədbirdə biokimyəvi və mikrobioloji laboratoriyalarda analitik xətalar və onların önlənməsi, kardiologiya, endokrinologiya, nefrologiya, revmatologiya, hematologiya və qatroentreologiyada laborator testlərin, həmçinin skrininq testlərinin tətbiqi, mikrobiologiya və molekulyar genetika sahələrinə dair son elmi nailiyyətlər müzakirə edilib. Konfrans çərçivəsində tibbi laboratoriyaların idarə olunmasında son yanaşmalara həsr olunmuş panel, həmçinin Türkiyə KBUD mütəxəssisləri stərəfindən “Laboratoriyada keyfiyyət əldə etmək üçün şifrələr” kursu təşkil edilib.

 

Müəllif: Nərgiz Qəhrəmanova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib