Səkinə Sadıxova: "STM-in tabeliyindəki bütün tibb müəssisələrində 2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıq işləri aparılıb"
28.11.2022 11:53
Sumqayıt şəhərində qış mövsümünə hazırlıqla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilib.
 
Aztibb.az-ın xəbərinə görə, iclasda Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova çıxış edib.
 
S.Sadıxova bildirib ki, STM-in tabeliyində olan bütün tibb müəssisələrində 2022-2023-cü ilin payız- qış mövsümünə hazırlıq işləri aparılıb və hazırda da bu işlər davam etdirilməkdədir. Tibb müəssisələrinin binasında və digər köməkçi strukturlarda payız-qış mövsümünə hazırlıqla əlaqədar görüləcək işlər barədə tədbirlər planı tərtib edilib və bu işlərə cavabdeh şəxslər təyin edilib.
 
Direktor vurğulayıb ki, tədbirlər planına əsasən qazanxana operatorları ilə (ocaqçılarla) əməyin mühafizəsi sahəsində təlimatlar keçirilib, biliklərinin yoxlanılması üçün müvafiq kurslara cəlb ediliblər.
Yanğınəleyhinə mühafizə vasitələrinin işlək vəziyyətdə olması təmin edilib. Tibb müəssisələrinin istiliklə təchiz olunmasına görə müvafiq tədbirlər həyata keçirilib, istilik sistemlərinin qazanxanaların işlək vəziyyətdə olması üçün müvafiq işlər görülüb və hazırda da bu işlər nəzarətdə saxlanılaraq davam etdirilir.
 
Bununla yanaşı, tTibb müəssisələrinin maddi- texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması, bina və həyətyanı sahələrdə abadlaşma işlərinin aparılması sahəsində tədbirlər görülüb. Bütün tibb müəssisələrində iməciliklər keçirilib, həyətyanı sahələr təmizlənir, quru ağaclar kəsilir, abadlaşdırma işləri aparılır. Hal-hazırda əksər tibb müəssisələrində cari təmir və abadlaşdırılma işləri davam etdirilir.
 
Onun sözlərinə görə, 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin, 3 və 4 nömrəli şəhər xəstəxanalarının əsaslı təmirə ehtiyacı vardır. 1 nömrəli şəhər xəstəxanası, Təcili Tibbi Yardım Xəstəxanası və 4 nömrəli Ailə Sağlamlıq Mərkəzində ilin sonuna kimi cari təmir işlərinin aparılması nəzədə tutulub.
 
S.Sadıxova qeyd edib ki, tibb müəssisələri müvafiq yumşaq və bər inventarlarla təmin olunub. Əksər tibb müəssisələrində su-kanalizasiya xətləri qənaətbəxş vəziyyətdədir, bütün tibb müəssisələrində sistemin nasazlığının aradan götürülməsi üçün cari təmir işləri aparılır. Payız-qış mövsümünə hazırlığa dair müvafiq tədbirlərin icrası daim Sumqayıt Tibb Mərkəzinin nəzarətində saxlanılır.
 
Müəllif: Səadət Məmmədova
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib