ATU növbəti beynəlxalq konqresə ev sahibliyi edəcək
28.11.2022 11:04

Hər il Türkiyədə keçirilən Beynəlxalq Türk dünyası Dağınıq Skleroz Konqresinin növbəti toplantısının Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) ev sahibliyi ilə baş tutacağı planlaşdırılır.

 

Aztibb.az ATU-nun rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, bu barədə ATU-nun rektoru professor Gəray Gəraybəylinin Türkiyənin Sağlamlıq Elmləri Universitetinin nümayəndə heyəti ilə görüşü zamanı müzakirə aparılıb.

 

Sağlamlıq Elmləri Universitetinin nevrologiya üzrə mütəxəssisi, professor Şərəf Dəmirkaya görüşdə artıq dörd ildir keçirilən Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi barədə məlumat verərək bu tədbirin məqsədinin Türkiyə və türkdilli ölkələrdə dağınıq skleroz sahəsində çalışan mütəxəssislərin arasında bilgi mübadiləsinin təşkil etməkdən ibarət olduğunu bildirib. Professor Ş.Demirkaya ilk Konqresin 2019-cu ildə Ankarada keçirildiyini, sonradan tədbirə dost və qardaş ölkələrdəki məsləkdaşları tərəfindən böyük diqqət olduğunu nəzərə alaraq növbəti illərdə tədbirin hər dəfə başqa bir ölkədə keçirilməsi nin qərar alındığını deyib. Artıq 4-cü toplantı  ötən il Özbəkistanın Səmərqənd şəhərində gerçəkləşdirilib. Professor Ş.Demirkaya beşinci beynəlxalq toplantının isə ATU-nun ev sahibliyi ilə Bakıda təşkil edilməsini təklif edib.

 

ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqlara təklif üçün təşəkkür edərək universitet tərəfindən bu konqresin Bakıda təşkili üçün zəruri addımların atılacağnı bidlirib. Rektor qeyd edib ki, belə bir beynəlxalq tədbirin Bakıda təşkili bu sahədə işləyən mütəxəssislərin təcrübəsini paylaşması, həm də ortaq çalışma və araşdırmalarla ölkələr arasındaki işbirliyini gücləndirmək üçün gözəl imkandır. Professor G.Gəraybəyli 2023-cü ilin iyununda ölkəmizdə keçiriləcək Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresinin həm Azərbaycan, həm də türk dünyasındakı nevroloqların işinə önəmli töhfə verəcəyindən əminliyini vurğulayıb.

 

Daha sonra Sağlamlıq Elmləri i Universitetinin Klinik Psixologiya kafedrasının rəhbəri, dosent Aynur Feyzioğlu görüş iştirakçılarına Buxara Dövlət Tibb Universiteti ilə birgə görülən işlər, ortaq layihələr barədə məlumat verib. O, gələcəkdə Azərbaycan Tibb Universiteti ilə də birgə layihələr reallaşdırıla biləcəyini qeyd edib.

 

Görüş iştirakçıları 2023-cü il iyun ayında Bakıda 5-cü Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresinin təşkilinin təfərrüatlarını müzakirə ediblər. Tədbirin təşkili ilə bağlı fikir mübadiləsində həmçinin ATU-nun Elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayev, ATU-nun nevrologiya kafedrasının müdiri Aytən Məmmədbəyli, Rəhim Əliyev iştirak ediblər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv