Tibb Universitetində “Təhlükəsiz həyat” mövzusunda maarifləndirici tədbir keçirilib (Foto)
28.11.2022 09:10

“Aydınlar Ocağı” humanitar ictimai birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tibb Universitetində (ATU) “Təhlükəsiz həyat” mövzusunda tədbir keçirib.

 

Aztibb.az ATU-nun rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, tədbiri giriş nitqi ilə universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri, dosent Qoşqar İsmayılov açıb.

 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin və mina qurbanı olan mülki insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra qonaqları və tələbələri universitetin rəhbərliyi, rektor, professor Gəray Gəraybəylinin adından salamlayan THİK-nin sədri, tədbirdə mina təhlükəsindən qorunmaq yolları haqqında ətraflı məlumat veriləcəyini diqqətə çatdırıb. O, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin hələ də qaldığını, buna görə də maarifləndirici tədbirin əhəmiyyətini vurğulayıb.

 

Mina təhlükəsi barədə maarifləndirici videoçarxın nümayişindən sonra “Aydınlar Ocağı”nın sədri Vüqar Qədirov çıxış edərək ilk növbədə, tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, diqqəti Tibb Universitetinin təsadüfən seçilmədiyinə yönəldərək qeyd edib ki, gələcəyin həkimlərinin hər zaman mina qurbanı olan insanlarla rastlaşmaq ehtimalı var: “Eləcə də gələcəkdə öz təhlükəsizliyinizi qorumaqla bərabər, ətrafınızda olan gəncləri, cəmiyyəti maarifləndirə də bilərsiniz. Bu baxımdan sizin üzərinizə də məsuliyyət düşür”.

 

İctimai birliyin rəhbəri müharibədən sonrakı dövrdə Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, düzgün mina xəritələrini Azərbaycana vermədiyini söyləyib. Daha sonra layihənin əsas məqsədini diqqətə çatdıraraq, gəncləri risklər və təhlükəsiz davranış haqqında maarifləndirməyin, onlara fərqli mina növləri, partlayıcı qalıqlar və əldəqayırma partlayıcı qurğular barədə məlumat verməyin vacibliyindən söhbət açıb. Eyni zamanda qeyd edib ki, qayıdış və dirçəliş prosesində əhalinin təhlükəsizliyini təmin etmək və bu mərhələdə gənclərin rolunu artırmaq əsas hədəflərdəndir.

 

“Aydınlar Ocağı”nın üzvü Turanə Orucova tələbələrin öz dostları və qrup yoldaşları arasında, sosial şəbəkələrdə mina təhlükəsizliyi ilə bağlı təbliğat işi aparmasının önəmini qeyd edib.

 

 

Müəllif: Səadət Abdullayeva

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib