B5 vitaminin faydaları nələrdir?
27.11.2022 19:45

B5 vitamininin digər adı pantoten turşusudur. Pantos “hər yerdə” deməkdir. Yəni, həm bitki mənşəli, həm də heyvan mənşəli qidalarda olur. B5 vitamini suda həll olur, orqanizmdə depolanmır. Yüksək temperatura və turşuluğa davamsızdır, qidaları bişirmə və rafinə etdikdə asanlıqla parçalanır.

 

Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb.

 

Onun sözlərinə görə, vitamin B5, koenzim A-nın tərkib hissəsi olaraq, yağ turşularının, zülalların və karbohidratların metabolizmasında iştirak edir və orqanizmdəki oksidləşmə proseslərini normallaşdırır: "Buna görə də bir çox kosmetik vasitələrin və yanıq əleyhinə olan dərmanların tərkibində B5 vitamini vardır. Ehtiyac zamanı profilaktik dozada günlük 5mg B5 vitamin qəbul edilə bilər. Hamilələrdə və süd verənlərdə 7mg ola bilər. Avakado, brokoli, mərcimək, yumurta, süd, qaraciyər, gül kələmi, göbələk və ən əsası ətdə B5 vitamin çoxdur".

 

Fərhad Burzu B5 vitaminin faydalarını da sadalayıb:

- Enerji verir, yorğunluğu aradan qaldırır;
- Yaraları sağaldır, xüsusilə ağızda olan yaralarda B5 vitamini istifadə etdikdə qısa müddətə sağalır;
- Mədədəki turşuluğu nizamlayır, yaddaşı gücləndirir;
- Dəri nəmliyini balanslaşdırır. 

 

Həkim bildirib ki, B5 vitamin çatışmazlığı nadirdir, yalnız düzgün qidalanmayan insanlarda, alkaqol aludəçilərində, oral kontraseptiv preparatlar istifadə edənlərdə, bağırsaq problemi olanlarda rast gəlinir.

 

B5 vitamin yetməzliyində görülən şikayətlər:

- Dəridə yaralar, səpkilər, sızanaqlar əmələ gəlir, saçlar tökülür;
- Sinir sistemi pozuntusu, diqqət azlığı, yorğunluq, depresiya, baş ağrısı, yuxusuzluq;
- Mədə bağırsaq pozğunluğu, mədədə turşuluğun artması, həzmsizlik;
- Əzələlərdə qıcolma, keyləşmə.

 
"Müharibə əsirlərində görülən Burning foot, yəni “Yanan ayaq” sindromu B5 vitamin azlığına bağlıdır.
B5 vitamin artıqlığı ancaq dərman müalicəsi zamanı görülür. Artıqlığı zaman ishal, qanaxma ola bilər," -deyə F.Burzu qeyd edib.

 

Müəllif: Nərgiz Qəhrəmanova



 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib