Professor Həsən Sultanovun 90 illik yubileyi qeyd olunub
26.11.2022 10:37

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Həsən Sultanovun 90 illik yubileyinə həsr olunmuş "Koloproktologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Konfransı giriş sözü ilə açan ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, görkəmi şəxsiyyətlər, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi ənənəsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və cənab prezidentimiz tərəfindən davam etdirilir: “Biz də universitetimiz üçün olduqca əhəmiyyətli alimlərimizdən olan professor Həsən Sultanovun yubileyini qeyd edirik. H.Sultanov çox şərəfli ömür yolu keçib. O, Tərtər rayonunda anadan olub, orta məktəbi bitirdikdən sora Tibb İnstitutuna daxil olub. 4-cü kursdan sonra Rusiyanın Samara Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsilini davam etdirib. 1955–1957-ci illərdə Murmansk vilayətində hərbi hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Sonra Azərbaycana qayıdıb, ordinaturanı başa vurub, Tərtər və Bərdə rayonlarında baş həkim kimi çalışıb. 1969-cu ildə elmlər namizədliyi dissertasiyasını müdafiə edib. 1970-ci illərdən sonrakı həyatını Tibb İnstitutuna həsr edib. Assistent, dosent, professor, 1990-2012-ci illərdə isə kafedra müdiri kimi fəaliyyət göstərib. O işlədiyi müddətdə 42 nəfər elmlər namizədi hazırlayıb. Həsən müəllim həm bir cərrah, həm də böyük bir alim kimi sevilib, seçilib. O, sadəliyi, şəxsiyyəti, insanlarla davranışı ilə başqalarından fərqlənirdi. Həmişə hər kəsə yaxşılıq etməyə çalışırdı. Universitetimizin kollektivi Həsən müəllimin əziz xatirəsini daim yaşadacaq. Çünki o, bir məktəb yaradıb, onun qoyduğu yol indi də davam etdirilir”.

 

ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov çıxış edərək, professor H.Sultanovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

 

Çıxış edənlərdən Əməkdar həkim, II Cərrahi xəstəliklər kafedrasının professoru Surxay Hadıyev, Əməkdar elm xadimi, III Cərrahi xəstəliklər kafedrasının professoru Məmməd Nəsirov, Ümumi cərrahlıq kafedrasının professoru Məhəmməd Kərimov, Urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyev, Ümumi cərrahiyyə kafedrasının məsləhətçi-professoru Çərkəz Cəfərov mərhumla bağlı xatirələrini səsləndiriblər.

 

Sonda I Mamalıq-ginekologiya kafedrasının professoru Səadət Sultanova tədbirin təşkilatçıları və iştirakçılarına ailə üzvləri adından təşəkkürünü bildirib.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib