Qoyun ətinin uşaq orqanizminə TƏSİRİ
26.11.2022 10:22

İlk dəfə uşağın 6 aylığından başlayaraq 20 qram çəkilmiş yağsız ət körpənin rasionuna daxil edilməlidir. Əgər uşaq ət yemirsə, anlayışı yoxdur, 7 aydan uşağın qidasına ət əlavə edilirsə, o, mütləq əti sevəcək.

 

Aztibb.az xəbər verir ki, pediatr-neanotoloq, tibb üzrə fəlsəfə doktoru Nurəngiz Hacıyeva qoyun ətinin uşaqlara faydalarını sadalayıb:

 

- Qoyun ətində L karnitin var. 6 aydan ət qəbul edən uşağın qida əlavəsi kimi L karnitin içməsi mənasızdır;

 

- Digər ətlərlə (balıq əti, mal əti ) müqayisədə qoyun ətində omega 6:3 nisbəti ən idealdır. Uşaqlar qoyun əti yeyirsə balıq və onun yağın qəbul etməsinə ehtiyac yoxdur;

 

- Qoyun ətinin tərkibində orqanizmin tikinti materialı olan amin turşu karnozin var. Bu amin turşu damar tutulmasının, aterosklerozun qarşısın alır;

 

- B12 vitamini ən üstün miqdardadır. yaddaş üçün faydalıdır;

 

- Hazırda dişlərin erkən kariyesinə (çürüməsi) daha sıx rast gəlinir. Qoyun ətinin tərkibində kalsium, ftor, sink və fosfor var. Uşaqların sağlam diş bunövrəsin qoyur;


- Tərkibində olan qlutation antioksidantın qocalma əleyhinə təsiri var. Həmçinin dərinin turqorunu saxlayır;


- Tərkibində olan lesitin mədəaltı vəzin funksiyasını aktivləşdirir və şəkərli diabet xəstəliyinin inkişafının qarşısın alır;

 

- Ətin tərkibində olan zülal uşağın boyunun, beyninin, döş qəfəsinin inkişafı üçün əvəzolunmazdır;

 

- Yüksək bioloji dəyərli zülalla zəngin olan ət böyüyən uşaq orqanizminin qurulmasında və inkişafında, immun sistemin aktivləşməsində olduqca önəmlidir;

 

- Ətdə mənimsənilməsi ən asan olan dəmir anemiya və qan azlığının müalicəsində əhəmiyyətlidir. Qırmızı ət yeyən uşaqlarda heç vaxt qan azlığı olmur.

 

"Hər bir uşaq (insan) hər gün yumruğu boyda ət yeməlidir. Ət yeyən işağın yumruğu da dəmir kimi möhkəm olar", - deyə Nurəngiz Hacıyeva bildirib.

 

Müəllif: Nərgiz Qəhrəmanova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib