Dializ xəstələri övlad sahibi ola bilərmi?  
25.11.2022 10:47

Dializ müalicəsində olmanız sizin övlad sahibi olmağınız üçün maneə deyil.

 

Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb.

 

Fərhad Burzi bildirib ki. uremiya kişilərdə həm potensiyaya, həm də spermatogenezə təsir etsə də sizin dünyaya normal övlad gətirməniz realdır.

 

Kişilərdə olduğu kimi, qadınlarda da uremiya həm libidoya, həm də reproduktiv qabiliyyətə təsir edir. Lakin bir cox xanımlarda heç bir pozğunluq olmaya da bilər. Bu cür pozğunluqları olan qadınlar isə çox asan şəkildə müalicə olunaraq ana ola bilər. Sadəcə olaraq bilməli olduğunuz bəzi məqamlər var:

 

"Sağlam qadınlarla müqayisədə sizin hamiləliyiniz daha risklidir.

 

Hamiləlik planlaşdırmaqdan öncə mütləq müalicə həkiminizə bildirin, çünki bəzi dərmanlarınız
hamiləlikdən öncə dəyişdiriləcək (məs: təzyiq dərmanlarınız).

 

Hamilə qaldığınızı ilk andan tıbbi personala bildirin,  hamiləliyin ilk dövründən sizə xüsusi diyaliz
rejimi təyin olunacaq".


Onun sözlərinə görə, dializ xəstəsi ana ola bilər, amma ideal olanı hamiləliyi böyrək köçürəndən sonraya planlamaqdır.

 

Böyrək köçürənlər isə bilməlidir ki, ilk 1 ildə hamiləlik tövsiyə olunmur. Bu dövürdə hamiləlikdən
qorunmaq mütləqdir. 

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib