“Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
25.11.2022 09:34

23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “EGİS Pharmaceuticals PLC” və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, konfransda “Nefrologiyanın müasir klinik aspektləri”, “Hemodializdə sıx rast gəlinən problemlər” və “Nefrologiyanın müzakirəli mövzularına yeni baxış” başlıqlı 3 paneldə ümumilikdə 11 məruzə təqdim olunacaq.

 

Məruzələr müvafiq sahənin yerli və beynəlxalq yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq və panel müzakirələr təşkil olunacaq.

 

Əlçatanlığı təmin etmək məqsədilə konfrans hibrid formatda həyata keçiriləcək.

 

Proqrama uyğun olaraq tədbir nefroloq, uroloq, endokrinoloq, hematoloq, terapevt, kardioloq, infeksionist, anestezioloq-reanimatoloq, revmatoloq, təcili və təxirəsalınmaz tibbi yardım və onkoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.

 

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.

 

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

 

Əlavə məlumat üçün linkə keçid edə biləriniz: https://customshospital.az/23-dekabr-nefrologiyada-muasir-cagirislara-yeni-baxis/#gsc.tab=0 

 

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/JoP18UrcWeyEWEes5

 

Müəllif: Nərgiz Qəhrəmanova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub