Biofizika İnstitutunda italiyalı alimlərlə görüş keçirilib
24.11.2022 16:03

AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov İtaliya Milli Tədqiqat Şurasının (CNR) Kimya Elmləri və Texnologiyaları İnstitutunun əməkdaşları, professor Laura Ragona və Simona Tomaselli ilə görüşüb.

 

Biofizika İnstitutundan Aztibb.az-a bildirilib ki, görüşdə müəssisənin icraçı direktoru, b.e.d. Kərim Qasımov, elmi katibi b.ü.f.d., dosent Florida Mehrəliyeva, baş meneceri, t.ü.f.d. Azad Əbdürəhimov, Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının aparıcı elmi işçisi, f.-r.ü.f.d., dosent Rasim Aslanov, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova iştirak ediblər.

 

Görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İtaliya Milli Tədqiqat Şurası (CNR) arasında imzalanmış elmi əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində yerinə yetirilən “Funksional amiloidlərin aqreqasiya modulyatorları: İpək fibroini Alzeymer xəstəliyi patogenezinin tədqiqi üçün ucuz model kimi” ikitərəfli layihə üzrə italiyalı alimlərlə birgə görülən işlərin icra vəziyyəti geniş müzakirə edilib və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.

 

Qeyd edək ki, müştərək proqram çərçivəsində aparılan birgə tədqiqatlar amiloid xəstəliklərinə qarşı mübarizədə yeni perspektivlər açıb, layihə üzrə alınan mühüm nəticələr isə yüksək impakt faktorlu “Biophysical Chemistry” beynəlxalq jurnalında çap olunan məqalədə öz əksini tapıb.

 

Müəllif: Nərgiz Qəhrəmanova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib