Rəqəmsal tibbin formalaşması və inkişafı problemləri tədqiq olunur
24.11.2022 16:05

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) 11 saylı şöbəsinin 2022-ci il üzrə hesabatı təqdim olunub. Hesabatı təqdim edən şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verib.

 

İTİ-dən Aztibb.az-a bildirilib ki, cari ildə “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi” istiqamətində rəqəmsal tibbin formalaşması və inkişafı problemləri tədqiq olunub.

 

M.Məmmədova “Rəqəmsal tibb mühitində intellektual idarəetmə” mövzusunda məkan üzrə sağlamlıq determinantlarının əhalinin tibbi-demoqrafik təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi üçün metodoloji yanaşmanın işlənməsi, Səhiyyə 4.0 texnologiyaları əsasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi, tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu məsələləri, qaraciyər xəstəlikləri və transplantasiyası üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi istiqamətində aparılmış tədqiqatların nəticələrindən bəhs edib, bu tədqiqatların rəqəmsal tibbin formalaşması və inkişafı problemlərinin həllində böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

 

“Hesabat ili ərzində tanınmış elmi jurnallarda 6 məqalə çap olunub ki, bunlardan 4-ü “Scopus” elmi bazasına daxildir. Beynəlxalq konfranslarda 10 məruzə edilib, onlardan 4-ü “Web of Science” bazasında indeksləşən topluda dərc edilib”, - deyə şöbə rəhbəri bildirib. Həmçinin elmi-innovasiya fəaliyyəti çərçivəsində cari ildə həyata keçirilən çoxsaylı elmi-texniki ekspertiza işləri və müxtəlif tədbirlərdən söz açıb.

 

M.Məmmədova rəhbərlik etdiyi şöbənin beynəlxalq əməkdaşlıq münasibətləri, xüsusilə rəqəmsal tibbin formalaşması və inkişafı istiqamətində GEANT Assosiasiyası ilə birbaşa əməkdaşlıq əsasında yerinə yetirilən işlər, Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən seminarlarda iştirak və Meksika Milli Avtonom Universiteti ilə əməkdaşlıq barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonra hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbədə rəqəmsal tibbin formalaşması və inkişafı problemlərinin həlli istiqamətində aparılan tədqiqatlara gənc mütəxəssislərin cəlb edilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

 

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti yüksək qiymətləndirilib.

 

Müəllif: Nərgiz Qəhrəmanova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub