Bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 39,6 min şəxsə xidmətlər göstərilib
24.11.2022 09:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 39,6 min şəxsə xidmətlər göstərilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, onların mühüm bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub.

 

2022-ci ilin on ayında agentlik tərəfindən əlilliyi olan 10,7 min şəxsə 49,7 min reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar, korsetlər, dördayaqlı dayaq vasitələri, qoltuqaltı ağac və s.) verilib.

 

Son illərdə müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradıldığı həmin müəssisələrdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına, həmçinin müalicəvi bədən tərbiyəsi və sosial-psixoloji xidmətlərə cəlb ediliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib