İlqar Tahiroğlu “Ürək qapaq xəstəlikləri” mövzusunda canlı yayımda çıxış edəcək
24.11.2022 10:11

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu 2 noyabr 2022-ci il tarixində saat 12.00-da Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən “Ürək qapaq xəstəlikləri” mövzusunda canlı yayımda çıxış edəcək.

 

Sualları canlı yayım vaxtı və yaxud öncədən də ünvanlaya bilərsiniz!

 

Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Kardiologiya şöbəsinin rəisi, yandal uzman invaziv kardioloq Dr.İlqar Tahiroğlu 2010-cu ildə Türkiyə Respublikasının Samsun şəhərində Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2010-2011-ci illərdə həmin universitetdə internatura keçmişdir. Dr.İlqar Tahiroğlu təhsilini davam etdirərək 2015-2019-cu illərdə İsrailin Qüds şəhərində Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçmiş, 2019-2021-ci illərdə isə Universitetin İntervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə təhsil proqramını mənimsəmişdir.

 

İlqar həkim 2021-ci ildən I.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Kardiologiya kafedrasının müəllimi kimi çalışır. Dr.İlqar Tahiroğlu Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində TAVİ, mitral clip, perifer damar angioplastikası, koronar angioplastika, sağ hemodinamik kateterizasiya, PFO qapatılması, ASD qapatılması, karotis stent, ürəyə kardiostimulyator yerləşdirilməsi ilə məşğul olur. Dr.İlqar Tahiroğlu öz üzərində daim çalışan, dünya mətbuatında tibbin ən yeni nailiyyyətlərini izləyən, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edən, bilik və bacarıqlarını artıran və işində tətbiq edən təcrübəli kardioloqdur.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub