“Azərbaycanda Rutin İmmunlaşdırma Proqramı” mövzusunda seminar keçirilib - FOTO
23.11.2022 18:41

Bu gün Bakıda, Hilton otelində UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliklərinin birgə həyata keçirdiyi “Azərbaycanda Rutin İmmunlaşdırma Proqramı” mövzusunda seminar keçirilib.

 

Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, UNICEF-in Avropa və Mərkəzi Asiya Regional Ofisinin (ECARO), ÜST-nin Avropa üzrə Regional Ofisinin və yerli səhiyyə qurumlarının, o cümlədən Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi, Analitik Ekspertiza Mərkəzi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri müzakirələrdə iştirak ediblər.

 

Məlumat sessiyaları zamanı regional və yerli mütəxəssislər Azərbaycanda immunlaşdırma proqramının gücləndirilməsi və idarə olunması, peyvənd sifarişlərinin və satın alınmasının planlaşdırılması üzrə regional tərcübələr, peyvəndlərin paylanması prosesi, soyuq zəncir sisteminin idarə olunması, ilkin səhiyyə müəssisələrində uşaqlar üçün immunizasiya xidmətləri kimi mövzularda müzakirələr aparılıb.

 

Seminar zamanı qrup müzakirələrində immunlaşdırma proqramında mövcud olan çətinliklər, onların aradan qaldırılması yolları müəyyən olunub. Qrup müzakirələrinin nəticəsi olaraq qurumalar arasında immunlaşdırma proqramı üzrə prioritet problemlərin həlli ilə bağlı qısamüddətli fəaliyyət planının hazırlanması və planın həyata keçirilməsi üçün işçi qrupun təşkil olunması razılaşdırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib