Akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanır - AMEA
23.11.2022 15:11

“Akademik Zərifə Əliyeva ötən əsrdə Azərbaycanda qadın ziyalılarının aparıcı qüvvəsi olub, hər zaman öz zəngin dünyagörüşü və baxışı ilə fərqlənib və əsərləri bir çox xarici dillərə tərcümə olunaraq yeni oftalmoloq mütəxəssislərin yetişməsinə töhfə olub”.

 

Bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 noyabr tarixli Sərəncamının icrası barədə məsələnin müzakirəsi zamanı deyib.

 

Bu barədə Aztibb.az-a AMEA-dan məlumat verilib.

 

Bildirilib ki, akademik İsa Həbibbəyli görkəmli oftalmoloq alim və ictimai xadim akademik Zərifə Əliyevanın ölkəmizdə göz xəstəliklərinin diaqnostika və müalicəsindəki mühüm xidmətlərindən söz açıb.

 

Diqqətə çatdırıb ki, Zərifə Əliyeva gözün peşə və irsi xəstəliklərinə, sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə dair fundamental tədqiqatlar aparıb.
Görkəmli alimin yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verən AMEA rəhbəri akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsində beynəlxalq konfransın keçiriləcəyini, yetişdirdiyi mütəxəssislərin tədbirə çağırılacağını, onun zəngin həyatı və yaradıcılığını əks etdirən kollektiv monoqrafiyanın hazırlanacağını, Fiziologiya İnstitutunda Zərifə Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılan laboratoriyanın maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək veriləcəyini diqqətə çatdırıb.

 

Daha sonra Rəyasət Heyəti tərəfindən AMEA-da akademik Zərifə Əliyevanın 100 illiyinin qeyd edilməsi üzrə tədbirlər planının hazırlanması və həyata keçirilməsi ilə əlaqədar olaraq akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib