Ana südü körpəni infeksion xəstəliklərdən, allergiyadan və disbakteriozdan qoruyur
23.11.2022 15:04

Ana südü körpənin böyüməsi üçün ən vacib qida hesab edilir və unikal tərkibə malikdir. Körpəni infeksion xəstəliklərdən, allergiyadan, disbakteriozdan qoruyur. Ana südü körpənin mədə-bağırsağı daxil olmaqla bütün orqan və toxumlarının ehtiyac duyduğu vitaminlərlə zəngindir.

 

Aztibb.az Tibbi TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, südün tərkibində olan zülallar körpənin orqanizminin inkişaf etməsi üçün lazım olan ən vacib qidadır.

 

Ana südündə olan yağların xüsusi tərkibi var. Bu yağlar zəif qatılığa malik olur və suda asanlıqla həll olur. Tərkibində olan yağ turşuları inək südünün tərkibində olan yağ turşularından 2 dəfə çoxdur. Ana südünün tərkibində olan karbohidratların 90 faizi laktozadan ibarətdir. Laktoza körpənin nazik bağırsağından zəif sürətlə sorulur və yoğun bağırsağa tam şəkildə keçir. Bu da körpənin bədənində mikroorqanizmlərin inkişaf etməsinin qarşısını alır. Ana südü ilə böyüyən uşaqlarda bağırsaq infeksiyası xəstəlikləri müşahidə edilmir. Həmçinin südün tərkibində olan karbohidratlar, minerallar və laktoza körpənin boyartımını sürətləndirir. Tərkibindəki dəmir, sink və digər mikroelementlər isə körpənin sağlam böyüməsinə səbəb olur. Ana südü uşağın mərkəzi sinir sisteminin, görmə qabiliyyətinin və immun sisteminin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir, gələcəkdə piylənmənin, şəkərli diabetin, hipertoniya və digər xəstəliklərin inkişafının qarşısını alır. Eyni zamanda, ananın sağlamlığına müsbət təsir göstərir.

 

Ana südünün tərkibində uşağın immunitetini qaldıra biləcək xüsusi aktiv maddələr və hüceyrə elementləri var. Bu süd ilə böyüyən uşaqların fiziki gücü və əsəb-sinir sistemi daha sağlam olur. Belə uşaqlarda raxit, anemiya, ağciyər xəstəlikləri, kəskin respirator virus xəstəlikləri, allergik reaksiyalar nadir hallarda müşahidə edilir.

 

Müəllif: Zamiq İbrahimov

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib