"Həkimlərimizi tanıyaq!" rubrikası - Qastroenteroloq İlham Mayılov
23.11.2022 15:43

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim qastroenteroloqu İlham Mayılovu təqdim edir: 


İlham Mayılov 1955-ci ildə anadan olub. 1972-1978-ci illər ərzində Azərbaycan Tibb İnstitutunun Müalicə proflaktika fakültəsində təhsil alıb. 1978-1979-cu ildə 1 saylı Şəhər Klinik Xəstəxanasının Terapiya şöbəsində internatura keçib. 1979-1983-cü illərdə Mingəçevir ŞMX-nın Təcili Tibb Təxirəsalınmaz Yardım çağırışçı həkim kimi fəaliyyət göstərib. 1983-cü ildə Mingəçevir ŞMX-nın Poliklinika şöbəsində sahə həkimi işləyib, həmin ilin noyabr ayında müsabiqə yolu ilə xəstəxananın Qastroenterologiya şöbəsinin şöbə müdiri vəzifəsinə keçib.

Qastroenteroloq İlham Mayılov ixtisası üzrə mütəmadi olaraq kurslarda iştirak edib. O, 1984-cü ildə Ukrayna Respublikasında, 1987-ci ildə Rusiya Federasiyasının Leninqrad vilayətinin Həkimləri Təkmilləşdirmə İnstitutunda Qastroenterologiya üzrə Təkmilləşmə kursu keçib.

Təcrübəli həkim İlham Mayılov 1987-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində olan attestasiya komissiyasından keçərək birinci dərəcəli, 1998-ci ildə isə Ali dərəcəli Qastroenteroloq adına layiq görülüb.
Peşəkar təbib olmaqla bərabər İlham həkimin idarəçilik bacarıqları da yüksəkdir. Bu səbəbdən uzun illər xəstəxananın idarəçiliyində onun rolu olub. Belə ki, İlham Mayılov 2011-2016-cı illərdə Mingəçevir ŞMX-nın Baş həkiminin Müalicə İşləri üzrə müavini vəzifəsini, 2017-ci ildə Direktorun Müalicə İşləri üzrə müavini-Baş həkim vəzifəsini icra edib. 2018-ci ildən etibarən Poliklinika şöbəsində həkim Qastroenteroloq vəzifəsində fəaliyyətini davam etdirir.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib