Yüksəkixtisaslı həkim Respublika Diaqnostika Mərkəzində fəaliyyətə başlayıb
23.11.2022 08:51

Baş ağrıları və miqren üzrə mütəxəssis Sərxan Əmirquliyev Respublika Diaqnostika Mərkəzində (RDM) fəaliyyətə başlayıb.

Bu barədə Aztibb.az-a RDM-dən bildirilib.

 

Qeyd olunub ki, Sərxan Əmirquliyev Avropanın ən böyük miqren və baş ağrılar mərkəzi olan "Danimarka Baş Ağrılar Mərkəzində" işləyib.

 

Klinik təcrübə ilə yanaşı, Sərxan həkim Kopenhagen Universitetinin Nevroloji fakültəsində miqren patofiziologiyasının öyrənilməsinə həsr olunmuş beynəlxalq randomizəolunmuş tədqiqatlarda araşdırmaçı-həkim vəzifəsində çalışıb.

 

Sərxan Əmirquliyev "Headache” və “Cephalalgia” kimi dünyaca məşhur jurnallarda dərc olunmuş elmi məqalələrin müəllifidir.

 

O, həmçinin Almaniyanın Kristian Albrecht Universitetində miqren və baş ağrıları üzrə magistr təhsili alıb, Almaniyanın "Schmerzklinik" xəstəxanasında praktiki ixtisasartırma kurslarında iştirak edib.

 

Sərxan Əmirquliyev Azərbaycanda miqren və baş ağrıları sahəsində akademik təhsil almış, elmi- tədqiqat və klinik təcrübəsi olan yeganə həkimdir.

 

Peşəkar həkim artıq fəaliyyətini Respublika Diaqnostika Mərkəzində davam etdirəcək.

 

Müəllif: Nərgiz Qəhrəmanova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib