Sumqayıt Tibb Mərkəzində “Sumqayıt” qəzetinin əməkdaşları ilə görüş keçirilib
22.11.2022 21:28

Noyabrın 22-də Sumqayıt Tibb Mərkəzində (STM) “Sumqayıt” qəzetinin 70 illik yubileyi ilə əlaqədar redaksiya əməkdaşları ilə görüş təşkil olunub.

 

STM-dən Aztibb.az-a bildirilib ki, tədbiri giriş sözü ilə Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova açıb. Direktor vurğulayıb ki, 1952-ci ildən nəşrə başlayan, Sumqayıt şəhərinin yaranma və yaşam tarixində özünəməxsus yeri və rolu olan "Sumqayıt” qəzeti uzun illərdir ki, öz fəaliyyətini uğurla həyata keçirir.

 

S.Sadıxova Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun imzaladığı 29.09.2022-ci il tarixli Sərəncamı ilə şəhərdə ictimai fikri düzgün formalaşdırmaq funksiyasını uğurla həyata keçirən "Sumqayıt” qəzetinin 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyini deyib.

 

Direktor, həmçinin 22 noyabr tarixinin əlamətdar bir gün olduğunu, Sumqayıtın şəhər statusu almasından 73 il ötdüyünü bildirib və bu münasibətlə kollektivi təbrik edib.

 

O, redaksiya kollektivinə fəaliyyətlərinin uğurla davam etdirilməsini arzulayıb.

 

Sonra “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyevə qəzetin keçdiyi yol barədə ətraflı məlumat verib.


Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı isə şəhərimizin dünənindən, bu günündən, medianın cəmiyyətimizdəki rolundan danışıb.

 

Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsinin müdiri Arzu Bəndəliyeva “Sumqayıt”la bağlı arzu, istək və təkliflərini bildirib.

 

Görüşdə, qəzetin əməkdaşı İlhamə Məmmədova şəhərimizlə və həkimlərimizlə bağlı mənsur şeirlərini səsləndirib.

 

Sonda bildirilib ki, qəzetin 70 illik yubileyi münasibəti ilə çoxillik səmərəli əməkdaşlığa görə baş redaktor Sübhan Quliyev Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi tərəfindən Fəxri Fərmana layiq görülüb.

 

STM-in direktoru Səkinə Sadıxova mükafatı baş redaktora təqdim edib və gələcək fəaliyyətlərində yeni uğurlar arzu edib.

 

Görüşün maraqlı və məzmunlu təşkilinə görə S. Quliyev redaksiya əməkdaşları adından təşəkkürünü ifadə edib.

 

Müəllif: Nərgiz Qəhrəmanova

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib