ETPİ-də həkim rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə seminar keçirilib
22.11.2022 15:19
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) həkim rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə seminar keçirilib.
 
Aztibb.az xəbər verir ki, seminarda İnstitutun baş həkimi uzman doktor Azər Əhmədov, direktorun elmi işlər üzrə müavini t.e.d.,dos.Nailə Rəhimova həkim əməkdaşlar və həkim rezidentlər iştirak ediblər.
 
Uzman doktor Emil Nuriyev və həkim rezident Fidan Quliyeva “Stevens-Johnson sindromu” mövzusunda çıxış ediblər.
 
Stevens-Johnson Sindromunun səbəbləri, simptomları, diaqnozu, müalicəsi ilə bağlı suallar cavablandırılıb.
 
Uzman doktor Emil Nuriyev çıxışında Stevens-Johnson sindromunun dəri və selikli toxumaların zədələnməsinə səbəb olan nadir xəstəlik olduğunu bildirib. Qeyd edib ki, xəstəlik adətən qripə bənzər simptomlarla özünü göstərir, bədəndə tədricən yayılan və şişən ağrılı səpgilər əmələ gəlir, sonra təsirlənmiş dərinin yuxarı təbəqəsi ölür və soyulmağa başlayır.
 
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
 
Müəllif: Zamiq İbrahimov
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv