Milli Oftalmologiya Mərkəzində 21 pasiyentə buynuz qişa transplantasiyası əməliyyatları həyata keçirilib
22.11.2022 09:55

19-20 noyabr 2022-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları həyata keçirilib.

 

Aztibb.az Milli Oftalmologiya Mərkəzinə istinadla xəbər verir ki, iki gün davam edən əməliyyatlarda müxtəlif patologiyalı 21 xəstəyə buynuz qişa köçürülüb.

 

Qeyd edək ki, əməliyyat texnikasının çətinliyini və həcmini nəzərə aldıqda ölkəmizdə bir ilk olaraq bir gündə 13 xəstəyə buynuz qişa transplantasiyası əməliyyatı icra edilib.

 

Əməliyyatlar Cəmil Həsənov tərəfindən həyata keçirilib. Əməliyyatda anestezioloq Fərhan Haqverdiyev, əməliyyat tibb bacısı Esmira Cəfərova, anestezist tibb bacıları Fidan Mövlamlı və Xəyalə Nadirova iştirak ediblər. 

 

Müəllif: Səadət Abdullayeva 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib