“Pankreasın neoplastik kistlərinə müasir yanaşma” mövzusunda konfrans keçirilib
21.11.2022 16:03
Azərbaycan Tibb Universitetində (ATU) 2-ci Türkiyə-Azərbaycan HPB Cərrahiyyəsi konfransı keçirilib. Azərbaycan Tibb Universiteti və Türk HPB Cərrahiyəsi Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir “Pankreasın neoplastik kistlərinə müasir yanaşma” mövzusuna həsr edilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun Elmi işlər özrə prorektoru, dosent Rauf Bəylərov qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında hər sahədə olduğu kimi, səhiyyə və təhsil istiqamətində də irimiqyaslı layihələrin icra edildiyini bildirib və bu tədbirin ikitərəfli əlaqələrə bir töhfə kimi qiymətləndirib. Qeyd edib ki, hazırda ATU-nun beynəlxalq əlaqələrində ilk yerdə Türkiyənin universitetləri və tibb müəssisələri ilə əməkdaşlığın olması təsadüfi deyil. Türkiyənin 30-dan çox universiteti ilə qarşılıqlı əməkdaşlığa dair memorandumu mövcuddur ki, bu işbirliyi çərçivəsində müştərək elmi işlər aparılır, mütəxəssisləri və tələbələrin mübadiləsi həyata keçirilir. Prorektor R.Bəylərov çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
 
Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov tədbirin mövzusunun müasir tibb üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, hepato-pankreato-biliar cərrahiyyənin ümumi cərrahiyyənin çox mürəkkəb və eyni zamanda sürətlə inkişaf edən sahələrindən biri olduğunu qeyd edib. Bildirib ki, tibbi texnologiyalar təkmilləşdikcə hər bir sahədə olduğu kimi, bu sahədə patalogiyaların aşkarlanması artıb, müvafiq olaraq, diaqnostik və müalicə tədbirləri də genişləndirilib. Nazir müavini N.Zeynalov praktik və fikir mübadiləsi aparılması, müzakirələrin təşkili baxımından belə tədbirlərin böyük önəm daşıdığını vurğulayıb.
 
ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov Azərbaycan və Türkiyə arasında hərtərəfli münasibətlərin təhsil sahəsinə də güclü siraət etdiyini bildirib. Türk HPB Cərrahiyyə Dərnəyi ilə ATU-nun I Cərrahi xəstəliklər kafedrası arasında çox sıx və uzunmüddətli əlaqələrin olduğunu qeyd edən natiq indiyədək bir çox ortaq layihələrə imza atdıqlarını xatırladıb. N.Bayramov bu işlərin davamlı olacağına və cari konfransdan da həmin əməkdaşlığa ciddi töhfə olacağına ümid etdiyini bildirib.
 
Türk HPB Cərrahiyyə Dərnəyinin rəhbəri Mustafa Kerem Azərbaycanda görülən işlər barədə danışıb. Ölkəmizdə açılan HPB mərkəzində türkiyəli mütəxəssislər tərəfindən hepato-pankreato-biliar cərrahiyyəsi əsasları öyrədən təhsil platformasıdır. Mərkəzin əsas məqsədi ümumi cərrahiyyə üzrə təhsil alan və ya artıq təhsil almış tibb işçilərinin HPB cərrahiyyəsinin fəlsəfəsini qavramasına yardımçı olmaq, bu sahəyə marağı olan cərrahlara kömək etməkdən ibarətdir.
 
Rəsmi çıxışlardan sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib