Ürək probleminiz varsa, sevgi sizə şəfa verə bilər - Uzman həkim
20.11.2022 12:01
Dostlar və ailə ilə yaxın, sevgi dolu münasibətlər ürək-damar sistemini yaxşılaşdıra bilər. Araşdırmalar göstərib ki, ürək problemi olan evli insanların subaylarla müqayisədə sağ qalmaq və sağalmaq ehtimalı daha yüksəkdir.
 
Aztibb.az xəbər verir ki, bunu Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev deyib.
 
Uzman həkim bildirib ki, ürək bypass əməliyyatından sonra yaxşı sosial dəstəyi olan xəstələrin sağalma və sağ qalma nisbətləri daha yaxşıdır. Həmçinin dörd ayaqlı dostlarınızla vaxt keçirməyin ürək sağlamlığına faydaları var.
 
"Sevdiyiniz insanlarla vaxt keçirmək qan təzyiqini aşağı salır.  Sevdiyiniz insanlar haqqında düşünmək də qan şəkərinin səviyyəsinə müsbət təsir edərək maddələr mübadiləsini tənzimləyə bilər. Gülüş qanınızın daha sərbəst axmasına səbəb olur", - deyə Cabir Gülmalıyev əlavə edib.
 
Onun sözlərinə görə, xoş duyğular oksitosin, dopamin, serotonin və endorfin kimi xoşbəxtlik hormonların səviyyəsini artırır, stress hormonlarının səviyyəsini azaldır. Nəticədə, bədəndə aterosklerozu artıran iltihablı reaksiya yatırılır, qan axını sürətlənir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib