Ədliyyə işçiləri oftalmoloji müayinədən keçiblər
21.11.2022 09:37

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Ədliyyə Nazirliyində tibbi aksiya keçirib. Aksiya çərçivəsində ədliyyə işçiləri arasında oftalmoloji müayinələr aparılıb.

 

Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən xəbərə görə, ədliyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən aksiya zamanı 80 nəfər müayinə olunub. Müayinədən keçənlərdə refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkarlanıb.

 

Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentlərin müayinə-müalicə edilməsi, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması, göz xəstəlikləri ilə bağlı monitorinqlərin aparılması, qeydə alınan problemlərin həll olunmasıdır.

 

Müayinələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri - Mirana Mirişova və Nuranə Nuriyeva tərəfindən aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib