Limonlu suyun faydası və ziyanı
19.11.2022 14:02

Limonlu su adətən orqanizm üçün ən faydalı içkilər sırasında qeyd edilir, lakin bu, onu heç bir məhdudiyyət olmadan içə biləcəyimiz demək deyil.

 

Aztibb.az MedikForum-a istinadla xəbər verir ki, diyetoloq Mariyat Muxina belə hesab edir. Mütəxəssis limonlu suyun fayda və zərərlərindən danışıb. İçkinin potensial olaraq zərərli keyfiyyətlərini qeyd edərək, Muxina onun zəif, həssas və ya zədələnmiş diş minası üçün çox aqressiv ola biləcəyini qeyd edib.
“Limonlu su diş minasını zədələyə bilər. Dişlərin onun turşu mühitinə məruz qalmaması üçün içkinin qəbulundan sonra ağız boşluğunu təmiz su ilə yaxalamaq lazımdır”, - deyə o bildirib.

 

Həmçinin Muxina, limonlu suyun həzm sisteminin selikli qişasını lazımsız şəkildə stimullaşdırmaq qabiliyyətinə də diqqət çəkib.

 

"İnsanda turşuluğun artması fonunda hiperasid qastrit, mədə xorası varsa, limonlu su kəskinləşməyə səbəb ola bilər", - deyə diyetoloq xəbərdarlıq edib.
Limonlu su içməyin faydalı təsirlərini şərh edən Muxina dəqiqləşdirib ki, bunun sayəsində böyrəklərdə daş əmələ gəlməsi riski azalır, oksalatların miqdarı azalır və kalsium mübadiləsi yaxşılaşır. Əgər əks göstərişlər yoxdursa, o zaman bir stəkana təxminən iki xörək qaşığı limon şirəsi əlavə etməklə suyu içmək olar - "bu doza C vitamininin gündəlik normasının 20 faizi və kiçik dozada B vitamini, kalium, fol turşusunu ehtiva edir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib