Brokkoli "pis" xolesterinin səviyyəsini aşağı salır
19.11.2022 20:56

Qandakı "pis" xolesterinin yüksək səviyyəsi insult və ürək xəstəliklərinə səbəb olan tez-tez rast gəlinən səbəblərindən biridir. Lakin xolesterinin səviyyəsini təhlükə zonasından çıxarmaq çətin ola bilər. Bu, çox vaxt dərman qəbul etməyi, bəzi pis vərdişlərdən imtina etməyə məcbur olmağı və ya hətta həyat tərzinin əsaslı şəkildə yenidən gözdən keçirməyi tələb edir.

 

Aztibb.az MedikForum-a istinadla xəbər verir ki, diyetoloq İqor Strokov deyib: "Səylərinizi asanlaşdırmaq üçün bir neçə tryuk var, misal üçün sulforafanın istehlakı. Bir çox yarpaqlı yaşıl tərəvəzlərdə olan kükürdlə zəngin birləşmə "pis" xolesterinin "əhəmiyyətli" dərəcədə azalmasına səbəb ola bilər".

 

Brokkoli sulforafanla zəngin bir neçə qidadan biridir və o xolesterini azaldan pəhrizi əla tamamlayır. Trigliseridlər qandakı daha bir piy növüdür və əsas enerji mənbəyidir, lakin onların həddindən çox olmağı da ürək xəstəlikləri riskini artıra bilər.

 

Yüksək trigliserid səviyyəsinin ürək xəstəliyi, qan damarı xəstəliyi riskini artırdığı məlumdur və çox yüksək trigliserid səviyyəsi pankreatit kimi ciddi xəstəliklərə səbəb ola bilər.

 

Tədqiqatçılar, həmçinin sulforafanın ev dovşanlarının qan damarlarının funksiyasını yaxşılaşdırdığına fikir veriblər. Bu, həmçinin ev dovşanlarının qan damarlarında iltihab əlamətlərini azaldıb.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib