Travmatoloq və ortopedlər üçün təlim kursu keçirilib
19.11.2022 13:24

Noyabrın 19-da Bakıda Azərbaycanın travmatoloq və ortopedləri üçün "Yuxarı ətraf - bazu sümüyü, bazu və dirsək oynaqları ətrafı sınıqları" mövzusunda respublikamızda beynəlxalq akkreditasiyası olan praktik təlim kursu keçirilib. Beynəlxalq kursda paytaxtla yanaşı, ölkənin müxtəlif regionlarından 35 travmatoloq və ortoped iştirak edib.

 

Beynəlxalq Travmatoloq-Ortoped Cərrahlar və Dayaq-Hərəkət Aparatı Tədqiqatçıları Cəmiyyətinin ("AO Trauma") Avropa bölümü və bu qurumun Azərbaycan üzrə sədri, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatologiya bölməsinin elmi rəhbəri, tədbirin sədri, tibb elmləri doktoru Aydın Qəhrəmanov tərəfindən təşkil edilib.

 

Tədbirdə çıxış edən A.Qəhrəmanov təlimin məqsədinin Azərbaycan travmatoloqlarının elmi-nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi olduğunu deyib: "AO Trauma" cəmiyyətinin əsas məqsədi travmatoloji problemləri olan pasiyentlərin müalicəsinin keyfiyyətini artırmaq üçün travmatologiya və ortopediya sahəsində elmi və praktiki yenilikləri həkimlərə çatdırmaqdır. Təlim kursu cəmiyyətin Azərbaycanda təşkil etdiyi sayca beşinci beynəlxalq kursdur. "AO Trauma" cəmiyyəti tərəfindən Bakıda beynəlxalq seminar və kurslar 2017-ci ildən başlayaraq keçirilir. Budəfəki təlimin də məruzələr, müzakirələr, travmatologiya sahəsindəki yeniliklərin bölüşülməsi ilə faydalı olacağına inanıram".

 

Kursda Türkiyədən gələn tanınmış mütəxəssislərlə yanaşı, Azərbaycan travmatoloqlarının da məruzələri dinlənilib. Məruzəçilər ağır travmaların müalicəsi istiqamətində öz təcrübələrini bölüşüblər. Çıxışlar zamanı dünyada bu sahə üzrə qeydə alınan yeniliklər, onların tətbiqi yolları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, biliklə cərrahi təcrübənin düzgün uyğunlaşması travmatoloqlara nəzəriyyəni təcrübədən keçirməklə sınıqların müalicəsində yaxşı nəticə əldə etməyə imkan yaradır.

 

Kursun sonunda həkimlərə beynəlxalq sertifikatlar təqdim edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib