Tbilisidə Milli İmmunlaşdırma Proqramı rəhbərlərinin görüşü keçirilib
19.11.2022 07:31
15-16 noyabr 2022-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Milli İmmunlaşdırma Proqramı rəhbərlərinin görüşü keçirilib.
 
Aztibb.az xəbər verir ki, Ümümdunya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda yerləşən 6 üzv dövləti – Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna immunlaşdırma proqramları ilə bağlı bir araya gələrək problemləri müzakirə etmək imkanı əldə edib. ÜST-nin Ölkə Ofisi və milli tərəfdaşlarla yanaşı, digər təşkilatlar – UNICEF, IFRC, USCDC, Avropa Komissiyası, GAVI və immunlaşdırma proqramı ilə əlaqəli qrup və qurumlar da görüşdə iştirak edib.
 
Görüşün ilk günündə Avropa İmmunlaşdırma Gündəliyinin 2030-cu ilədək Fəaliyyət Planı layihəsi (AİG 2030) nəzərdən keçirmə və əlavələrin edilməsi üçün ölkə qruplarına təqdim edilib və plenar iclas zamanı təkliflərin müzakirəsi aparılıb. Eyni zamanda, ÜST-nin Avropa Regional Ofisinin ekspertləri tərəfindən COVID-19 vaksinasiyasının nəticələri, epidemiyalara hazırlıq və peyvənd olunmamış qruplara yetişmə yolları ilə bağlı təqdimatlar verilib. İclasın ikinci günündə ölkələrdə immunlaşdırma ilə bağlı bərabərsizliyin aradan qaldırılması üçün qrup müzakirələri həyata keçirilib.
 
Gündəliyə ÜST-nin Avropa regionunda Hepatit B ilə mübarizə, immunlaşdırma üzrə informasiya sistemlərinin rəqəmsallaşdırılması, immunlaşdırma üzrə təkmil monitorinq sistemlərinin, eləcə də peyvənd təhlükəsizliyi üzrə hesabat mexanizmlərinin və sistemlərinin yaradılması ilə bağlı mövzular üzrə təqdimatlar və müzakirələr daxil edilib. Görüşdə Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, TƏBİB, Milli İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçi Qrupu, ÜST və UNICEF Ölkə Ofislərinin nümayəndələri iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib