Şağan Reabilitasiya Panisonatında müalicə kursu keçən əlilliyi olan şəxslərin paralimpiyaçılarla görüşü keçirilib
19.11.2022 07:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Panisonatında müalicə kursu keçən əlilliyi olan şəxslərin paralimpiyaçılarla görüşü keçirilib.

Aztibb.az xəbər verir ki, görüşün məqsədi əlilliyi olan şəxsləri paralimpiya idman növləri ilə tanış etmək və onlarda idmana həvəs yaratmaqdır. Görüş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi tərəfindən keçirilən "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə idmanla inteqrasiyası" adlı layihə çərçivəsində baş tutub.

Azərbaycan Boccia Federasiyasinın vitse-prezidenti, I Qarabağ qazisi İlham Məhərrəmov idmanla məşğul olmağın əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin sosial-psixoloji vəziyyətinə müsbət təsirindən bəhs edib. Həmçinin İlham Məhərrəmov paralimpiya idman növləri barədə məlumat verib.

Görüşdə iştirak edən para-poverliftinq idman növünün baş məşqçisi Elşən Hüseynov, Qarabağ Qazisi Elmar Teymurov, "Qarabağ Qazilərinin idmana cəlb olunması" komissiyasının sədr müavini Əfqan Əhmədov və idman mütəxəssisi Murad Nəzərli Vətən Müharibəsi əlillərini cəmiyyətə reinteqrasiya üçün idmanla məşğul olmağa dəvət edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib