Mərkəz direktoru: Talassemiya ilə doğulan uşaqların sayında azalma müşahidə olunur
18.11.2022 08:18

"Azərbaycanda gələcəkdə hematoloji xəstə uşaqların doğulma sayında ciddi şəkildə azalma olacaq".


Aztibb.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

 

Onun sözlərinə görə, burada nikaha daxil olan cütlüklərin əvvəlcədən müayinəsi xüsusi rol oynayır:

 

"Təbii ki, bu uzaq perspektivə hesablanmış bir dövlət proqramıdır. Artıq bu proqram öz bəhrəsini verməyə başlayıb. Talassemiya xəstəliyi ilə doğulan uşaqların sayında da azalma müşahidə olunur. Əsasən, bu cür irsi xəstəliklərdə müalicə üçün tez müraciət deyil, düzgün profilaktika üstünlük təşkil edir.


Buna görə də nikahdan öncə insanlara maarifləndirici proqramların keçirilməsi vacibdir. Bunun üçün dövlətimiz cütlükləri irsi testlərdən keçirib, bütün riskləri əvvəlcədən onlara izah edir. Düşünürəm ki, gələcəkdə bu cür xəstə uşaqların doğulma sayında ciddi şəkildə azalma olacaq. Statistik göstəricilərə görə, əvvəlki illərə nisbətən Azərbaycanda hematoloji xəstələrin sayında azalma müşahidə edilir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib