Havanın çirklənməsi orqanların fəaliyyətinə mənfi təsir edir
17.11.2022 09:24

Alimlər hesab edirlər ki, çirkli havanın orqanizmə təsiri nəticəsində ölüm hallarının sayı dayanmadan artacaq.

 

Təxmini qiymətləndirmələrə görə, havanın çirklənməsi dünyada ildə 9 milyona yaxın insanın ölümünə səbəb olur. 

 

Aztibb.az xəbər verir ki, “Lancet” jurnalının yazdığına görə, çirkli havanın insan sağlamlığına təsiri qeyri-sağlam qidalanma və tütünçəkmə ilə müqayisə oluna bilər.

 

Məqalədə deyilir ki, havanın çirklənməsi ürək xəstəlikləri, insult, xroniki obstruktiv ağciyər xəstəliyi, aşağı tənəffüs yolları infeksiyaları, şəkərli diabet və ağciyər xərçəngi də daxil olmaqla bir çox xəstəliklərin risk amili kimi müəyyən edilir.

 

Alimlər qeyd edirlər ki, çirkli hava faktiki olaraq insan bədəninin hər bir orqanına təsir edə bilir. İnsanlar tərəfindən tənəffüs edilən bəzi hava çirkləndiriciləri ağciyərlər vasitəsilə qan dövranına daxil ola bilər. Beləliklə potensial zəhərli hava üç həyati vacib orqanın fəaliyyətinə mənfi təsir edə bilər.

 

Ağciyər. Ağciyər xərçəngi, 2020-ci ildə dünyada xərçənglə bağlı ən çox yayılmış ölüm səbəbi olub, dünyada 1,80 milyon ölüm halı bu xərçəng növünün payına təsadüf edib. ÜST-nin qiymətləndirmələrinə görə, ağciyər xərçəngi ölümlərinin 36 faizi hava çirkləndiricilərinin təsiri ilə əlaqəli hallardır.

 

Beyin. ÜST qeyd edir ki, havanın çirklənməsi insult riskini artırır, bu da dünyada ikinci ən çox yayılan ölüm səbəbidir. İnsultla bağlı ölüm hallarının təxminən üçdəbiri orqanizmə çirkləndirilmiş atmosferin təsiri ilə bağlıdır.

 

Ürək. Siqaret çəkmədən, hipertoniya və piylənmə olmadan da infarktdan əziyyət çəkmək mümkündür. Bəzi tədqiqat qiymətləndirmələrinə görə, havanın çirklənməsi bir çox məlum risk amilləri, misal üçün siqaret çəkmək və ya şəkərli diabet ilə müqayisədə, ürək-damar xəstəlikləri çox sayda ölümə səbəb ola bilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib