Elmi Cərrahiyyə Mərkəzində daha bir UĞURLU ƏMƏLİYYAT
17.11.2022 00:12

52 yaşlı kişi xəstə klinikaya qusma, arıqlama şikayətləri ilə daxil olub. Videoendoskopik müayinə zamanı mədənin pilorik nahiyəsini tamamilə tutan və mənfəzini stenozlaşdıran törəmə qeyd olunub. Boipsiyanın nəticəsi orta dərəcəli adenokarsinoma təsdiq edilib. Üst qarın kantrastlı KT zamanı parenximatoz orqanlarda Mts qeyd olunmayıb. 

  

Aztibb.az xəbər verir ki, bu barədə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Qaraciyər, ödkisəsi və mədəaltı vəzi xəstəliklərinin cərrahlığı şöbəsinin baş elmi işçisi, tibb elmləri doktoru, professor Zərraf Şirinov “Facebok” sosial şəbəkəsində məlumat paylaşıb:
 

"Xəstəyə Elmi Cərrahiyyə Mərkəzində böyük və kiçik piyliklə birlikdə ultrasubtotal distal qastrektomiya və limfodisseksiya icra olunub. Əməliyyatdan sonra xəstənin vəziyyəti kafidir. Xəstə aktivdir, qidalanma və fizioloji aktlar normaldır.

 

Yenə bir ailənin sevincinə səbəb olduq. Əməyi keçən bütün tibb işçilərinə təşəkkür edirəm. Azərbaycan cərrahiyyəsinə xidmət edirik!"

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib