TƏBİB və USAİD arasında əməkdaşlıq müzakirə olunub  
16.11.2022 14:32

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovla ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) səhiyyə məsələləri üzrə ekspertləri arasında görüş keçirilib.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən Aztibb.az-a bildirilib ki, ekspertlərin səfərinin məqsədi Azərbaycanda səhiyyə sisteminin ehtiyaclarını müəyyən etmək və USAID-in Azərbaycanda həyata keçirdiyi layihələri müzakirə etməkdir.

 

Sözügedən görüşdə USAID-in Vaşinqton ofisinin səhiyyə üzrə eksperti Mark Austin, USAID-in Vaşinqton ofisinin idarəetmə məsələləri üzrə eksperti Sarah Svift, USAID-in Azərbaycan nümayəndəliyinin idarəetmə məsələləri üzrə əməkdaşı Bianka Ksoll, USAID-in Azərbaycan nümayəndəliyinin missiya direktoru vəzifəsini icra edən Angelina Allen-Mpyisi, USAID-in Azərbaycan nümayəndəliyinin layihələrin idarəedilməsi üzrə mütəxəssisi Emin Məmmədli, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev iştirak ediblər.

 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov USAID-in bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vasitəsilə əhalinin sağlamlığı ilə bağlı fövqəladə halların qarşısının alınması, xəstəliklərin erkən aşkar edilməsi və qabaqlayıcı tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycanda maliyyələşdirdiyi layihələri yüksək qiymətləndirib. İcraçı direktor Azərbaycanın səhiyyə sistemi, həyata keçirilən layihələr, TƏBİB haqqında qonaqlara ətraflı məlumat verib.

 

USAID Azərbaycanın missiya direktoru vəzifəsini icra edən Angelina Allen-Mpyisi TƏBİB ilə əməkdaşlığı yüksək qiymətləndirib və qeyd edib ki, USAID-in Azərbaycanda “Pandemiyaya cavab tədbirləri” layihəsi ölkədə həyata keçirilən səhiyyə islahatlarına və Azərbaycan əhalisinə daha yaxşı səhiyyə xidmətinin çatdırılması istiqamətində dəstək olmağa davam edəcək.

 

Görüşdə Azərbaycan səhiyyə sistemi və USAID ilə birlikdə həyata keçirilmiş layihələr, o cümlədən ölkədə təcili tibbi yardımın xidmət keyfiyyətinin artırılması, infeksiyanın qarşısının alınması və nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş layihə, Azərbaycanda pandemiyaya qarşı mübarizə tədbirləri, səhiyyə qurumları arasında koordinasiya məsələləri müzakirə edilib.

 

Qeyd olunub ki, USAID-in maliyyələşdirdiyi layihələr çərçivəsində ÜST vasitəsilə TƏBİB-lə sıx əməkdaşlıq edilir.

 

Yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə işçi qüvvəsinin bilikləri təkmilləşdirilir, təlim və simulyasiya mərkəzinin, xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə ən yaxşı təcrübələri özündə birləşdirən milli istinad laboratoriyasının yaradılması istiqamətində işlər görülür.

 

Görüşdə bundan sonra da qarşılıqlı əməkdaşlıq çərçivəsində səhiyyə sahəsinin inkişafına xidmət edən layihələrin reallaşdırılması qərara alınıb.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv