Serebral iflicdən əziyyət çəkən uşaqlar üçün veb-səhifə və mobil tətbiqin təqdimatı keçirilib
16.11.2022 12:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan www.serebralders.az veb-səhifəsi və mobil tətbiqinin təqdimatı keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, layihə rəhbəri Xalidə Rzayeva və digər ictimaiyyət nümayəndələri, media mənsubları iştirak edib.

 

Çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin fəaliyyəti haqqında danışıb.

 

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva layihənin verəcəyi töhfələri diqqətə çatdırıb:

 

"Uşaqların inkişafında valideynin rolu çox böyükdür. Sözügedən layihə isə məhz bu inkişafa öz töhfəsini lazımi səviyyədə verəcək. Eyni zamanda, layihə sayəsində rəqəmsal bacarıqlar da inkişaf edəcək. Düşünürəm ki, həm veb sayt, həm də tətbiq serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiyasına təkan verəcək".

 

Layihə rəhbəri Xalidə Rzayeva layihəni böyük bir komandanın ərsəyə gətirdiyini vurğulayıb:

 

"Layihənin əsas məqsədi serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların reablitasiyası üçüb valideynlərin bilgiləndirilməsi məqsədi daşıyır. Layihənin həyata keçirilməsi üçün bizim böyük bir komandamız yığıldı, videodərslər hazırlandı və nəticədə bu gün təqdimatını etdiyimiz sayt və tətbiq ərsəyə gəldi. İnanıram ki, layihə təyinatı üzrə məqsədinə nail olacaq".

 

Çıxışlar yekunlaşdıqdan sonra saytın və tətbiqin təqdimatı olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib