Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib    
16.11.2022 09:12

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

 

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova gündəlikdə duran məsələlər haqqında şura üzvlərinə məlumat verib.

 

Əvvəlcə 2022/2023-cü tədris ilində institutun doktorantura və magistraturasına qəbul olan doktorant və magistrantların dissertasiya mövzuları müzakirə olunaraq onlara elmi rəhbərlər təyin edilib.

 

Sonra Fotobioenergetika, Xloroplastların fotokimyası və Hüceyrənin membran sistemləri laboratoriyalarının illik hesabatları dinlənilib. Laboratoriya müdirləri - AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Səftər Süleymanov və Yaşar Feyziyev cari ildə aparılmış elmi tədqiqatlar, əldə olunan nəticələr, çap olunmuş elmi əsərlər, yerli və beynəlxalq tədbirlərdə iştirak və kadr hazırlığı haqqında şura üzvlərinə ətraflı  məlumat veriblər.

 

Sonda müzakirələr aparılıb, təkliflər verilib və laboratoriyaların fəaliyyəti qənaətbəxş hesab edilərək hesabatlar qəbul olunub.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir