Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirilib
15.11.2022 15:14
Respublika Endokrinoloji Mərkəz, Azərbaycan Diabet Liqası və META Uşaq Endokrin Mərkəzinin birgə təşkilatçılığı ilə 14 Noyabr – Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova, Azərbaycan Respublikasının baş endokrinoloqu, Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, META Uşaq Endokrin Mərkəzin rəhbəri Azad Ələkbərzadə və tanınmış endokrinoloqlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Mərkəzin direktoru Nərmin İsmayılova Respublika Endokrinoloji Mərkəzin diabetlə mübarizədə həyata keçirdiyi fəaliyyət istiqamətlərindən bəhs edib. N.İsmayılova 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-nün BMT-nin Ümumdünya Diabet Günü kimi qeyd olunduğunu vurğulayıb. O, bu qətnamə ilə qeyri-infeksion xəstəlik olan diabetin dünya miqyasında İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul edildiyini bildirib.
Daha sonra TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev qeyd edib ki, Ümumdünya Diabet Günündə diabetlə bağlı qlobal məlumatlılıq artırılır, bu xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır, beynəlxalq ictimaiyyət və beynəlxalq inkişaf agentlikləri inkişaf etməkdə olan ölkələri diabetin qarşısının alınmasına və səhiyyə xidmətindən istifadənin artırılmasına dəstək verməyə çağırılır. M.Ağayev Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirən, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” AR Qanunun qəbul olunduğunu və bu istiqamətdə əsaslı işlər görüldüyünü bildirib.
Konfransda Azərbaycan Respublikasının baş endokrinoloqu, Mərkəzin baş həkimi Babək Salek, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, META Uşaq Endokrin Mərkəzin rəhbəri Azad Ələkbərzadə çıxış edərək Ümumdünya Diabet Gününün şəkərli diabetdən əziyyət çəkən insanları, səhiyyə işçilərini, diabet müdafiəçilərini, medianı, geniş ictimaiyyəti və dövlət təşkilatlarını diabet haqqında məlumatlandırmaq üçün bir araya gətirən qlobal tədbir olduğunu bildiriblər.
Tədbir diabetli uşaqlar və onların valideynlərilə həkimlərin onlayn söhbətləri ilə davam etdirilib.
Bu bölməyə aid digər xəbərlər
Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 | 09:30
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

