ETPİ-də Ümumdünya Diabet Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
15.11.2022 12:17
Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) 14 Noyabr - Ümumdünya Diabet Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
 
İnstitutdan Aztibb.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə müəssisənin direktoru, t.ü.f.d., dos. Allahverdi Musayev açıb. O, hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabetin ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət edilən xroniki xəstəlik olduğunu bildirib. Direktor diabetlə bağlı qlobal məlumatlılığın artırılması, həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində interaktiv müzakirələrin təşkil olunması məqsədilə belə konfransların keçirilməsinin vacibliyini vurğulayıb.
 
Daha sonra t.e.d., prof. Səfixan Həsənov çıxış edərək şəkərli diabetin digər xəstəlikləri kəskinləşdirə biləcəyini, ana və uşaq sağlamlığına mənfi təsir edəcəyini deyib. Qeyd edib ki, bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər.
 
Tədbirin birinci hissəsi prof. Səfixan Həsənovun və ETPİ-nin Uşaq Klinik Xəstəxanasının direktor müavini, t.ü.f.d. Naibə Məmmədovanın sədrliyi ilə keçirilib.
 
Sağlam Ailə Xəstəxanasının həkimi Azad Əkbərzadə “Diabetin etiopatogenezi, yeniliklər” və ETPİ-nin Uşaq Klinik Xəstəxanasının Endokrinologiya şöbəsinin həkimi Turay Vəliqızı “Diabetik ketasidozun müalicəsi” mövzusunda təqdimatlarla çıxış ediblər.
 
Tədbirin ikinci hissəsi ETPİ-nin direktorunun elmi işlər üzrə müavini, t.e.d., dos. Nailə Rəhimova və elmi katib t.ü.f.d., dos. Sevinc Nəsirovanın sədrliyi ilə baş tutub.
 
İkinci hissədə ETPİ-nin Uşaq Klinik Xəstəxanasının Endokrinologiya şöbəsinin müdiri Zülfiyyə Kazımzadənin “Diabetin müalicəsi, yeniliklər”, uzman həkim İlkin Məcidovun “Neonatal diabet” və Liv Bona Dea Hospitalın həkimi Cəmalə Məmmədovanın “Diabetin müalicəsində və tətbiqində yeni texnologiyaların tətbiqi. Pompa insulin müalicəsi” mövzusunda məruzələri dinlənilib.
 
Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb. Tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib