Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
15.11.2022 12:56
Bu gün Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
 
İnstitutdan Aztibb.az-a verilən məlumata görə, iclası giriş sözü ilə müəssisənin direktoru, t.ü.f.d. Pərvin Əkbərov açaraq son 10 ay ərzində görülmüş işlər barədə məlumat verib. O, elm sahəsində yeni kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəldilməsi, çap edilən elmi məqalələrin sayının artırılması, görüləcək işlər və qarşıdakı hədəflər barədə tapşırıqlar verib.
 
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, professor Sədaqət Hüseynova gündəlikdə duran digər məsələlərlə şura iştirakçılarını tanış edib.
 
Tədbirdə institutun "Balneofizioterapiya" bölməsinin elmi rəhbəri, t.e.d. Fəxrəndə Balakişiyevanın "Fiziki üsulların serebrovaskulyar xəstəliklərin müalicə və reabilitasiyasında tətbiqi" mövzusunda dissertasiya işinin planı müzakirə olunaraq təsdiq edilib.
 
Bununla yanaşı, "Kurortologiya və fizioterapiya" bölməsi üzrə doktorant Aytən Musayevanın "Adolsan İdiopatik Skoliozun kompleks müalicəsində interferens cərəyanların və naftalan applikasiyalarının tətbiqinin rolu" mövzusunda məruzəsi dinlənilib. Məruzə ətrafında geniş müzakirələr aparılıb.
 
Sonda bir sıra cari məsələlərə baxılıb, qərarlar qəbul edilib, həmçinin institutda vakant vəzifələri tutmaq üçün keçirilmiş müsabiqənin protokolu təsdiq edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib