ATU əməkdaşı dünyada 12 həkimdən biri seçilib
15.11.2022 12:31

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının uşaq kardioloqu Elnur İmanov dünya miqyaslı “ABBOT” təhsil şəbəkəsində proktor həkim statusunu qazanıb. 

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, invaziv kardiologiya sahəsində flaqman sayılan bu şəbəkənin sertifikatı azərbaycanlı həkimin bütün dünya üzrə təlimçi statusunu təsdiqləyir.

 

"ABBOT” təhsil şəbəkəsi dünya üzrə cəmi 12 həkimə proktor statusunu verib. Azərbaycanlı həkimin dünya üzrə 12 mütəxəssisdən biri olması ölkəmizin səhiyyə sisteminin inkişafından xəbər verir.

 

ATU əməkdaşının bu nailiyyəti uzunmüddətli zəhmətin bəhrəsidir. Çünki, sözügedən sertifikat verilməzdən öncə həkimlərin akkreditasiyaları, apardığı əməliyyatlar, beynəlxalq tədbirlərdə iştirak və s. araşdırılır. Daha sonra bir neçə ay davam edən imtahanlardan uğurla keçən namizədlər proktor həkim elan edilirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib