Doğuşa nəzarət həbləri damar tıxanıqlığı riskini artırırmı? - Uzman həkim AÇIQLADI
14.11.2022 16:29
Doğuşa nəzarət həbləri istifadə edən qadınlarda, xüsusən də ayaq damarlarında tıxanma riski yüksəkdir. Bu səbəbdən qorunma üsulu olaraq bu həblərə üstünlük verənlər həkim tövsiyələrinə əməl etsələr daha yaxşı olar.
 
Aztibb.az xəbər verir ki, bunu ürək-damar cərrahı, uzman həkim Cabir Gülmalıyev deyib.
 
Onun sözlərinə görə, doğuşa nəzarət həblərinin yarada biləcəyi damar tıxanıqlığından ən çox ayaq damarları təsirlənir. Dərin damar trombozu adlanan bu tıxanmalarda laxtalardan ayrılan parçalar beyin və ürək kimi həyati orqanlara sıçrayarsa, infarkt və insult riski var.
 
"Əgər laxtalanma pozğunluğunuz varsa, doğuşa nəzarət həblərinin istifadəsi tövsiyə edilmir və ya xəstə istifadə edərkən diqqətli olmalıdır. İstənilən halda əvvəllər damar tıxanması olan və ailəsində qan laxtalanma xəstəliyi olanlar bu mövzuda diqqətli olmalıdırlar, bu cür xəstələrdə başqa bir kontrasepsiya üsuluna üstünlük verilsə daha yaxşıdır", - deyə Cabir Gülmalıyev bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib