Milli Oftalmologiya Mərkəzində dövlət layihəsi çərçivəsində bir sıra layihələr həyata keçirilir
14.11.2022 09:44
Respublika üzrə oftalmoloji yardımın optimallaşdırılması və görmə qabiliyyəti məhdud olan şəxslərin sayının, korluğun qarşısının alınması üçün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində dövlət layihəsi çərçivəsində bir sıra layihələr həyata keçirilir.
Aztibb.az xəbər verir ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialları və səyyar klinikası sayəsində bütün region oftalmoloji yardımla əhatə olunur. Belə ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən etmişdir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəltmişdir. Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər. 2008-ci ildən Masallı rayonunda, 2016-cı ildən Gəncə şəhərində, 2019-cu ildən Şəki şəhərində Mərkəzin Regional mərkəzləri fəaliyyət göstərir. Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təhciz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Bununla yanaşı 2018-ci ildən isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar klinikası fəaliyyətə başlayıb. Bunun sayəsində dəmiryolu xətti yerləşən bütün regionlardakı əhaliyə səyyar xidmət göstərilir.
Həmçinin Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə oftalmologiyada olan innovativ inkişaf, yenilik və nailiyyətləri müzakirə etmək məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, toplantılar həyata keçirilir.
Pandemiya dövründə hər ay digər ölkələrdən olan mütəxəssislərin də iştirakı ilə mütəmadi vebinar toplantılar keçirildi. Yeni müayinə-müalicə üsulları, korluğun qarşısının alınması üçün digər reabilitasoya tədbirləri həyata keçirilməsi ilə bağlı müzakirələr həyata keçirildi.
Profilaktik tədbirlər korluğun və bəzi göz xəstəliklərinin əvvəlcədən qarşısının alınmasına kömək olur.
Dünyada, ən azı 2,2 milyard insanın görmə qabiliyyətində pozulmalar var. Onlardan ən azı 1 milyardının qarşısı alına və ya həll oluna biləndir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

