Bakıda qadın 22 il sonsuzluq sonrası əkiz övladlar dünyaya gətirib
12.11.2022 23:45

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna (ETMGİ) müraciət edən hamilə qadın 22 il sonsuzluq sonrası əkiz övladlarını dünyaya gətirib.

 

Bu barədə Aztibb.az-a ETMGİ-dən bildirilib.

 

Hamiləliyin təxminən 27-28-ci həftələrində ağır vəziyyətdə mama-ginekoloq, t.ü.f.d. Leyla Süleymanovanın konsultasiyasına gələn qadın dərhal stasionar müalicə üçün Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilib. Həkim tərəfindən aparılan düzgün müalicə planı nəticəsində çətin vəziyyət aradan qaldırılıb.

 

Daimi olaraq nəzarətdə olan qadına hamiləliyin 34-cü həftəsində vəziyyəti ilə əlaqədar təcili olaraq cərrahi doğuş təyin edilib. L.Süleymanova tərəfindən uğurla icra olunan qeysəriyyə kəsiyi ilə hər ikisi oğlan olan körpələr dünyaya gəlib.

 

Vaxtından əvvəl dünyaya gələn azçəkili əkiz körpələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinin həkim-neonatoloqları Aynur Bağırova, Lalə Rzayeva və tibbi personal tərəfindən aparılan müayinə və müalicə nəticəsində normal Fizioloji şöbəyə yerləşdirilib.

 

İnkişaflarına və mövcud problemlərinə düzgün nəzarət etmək üçün davamlı olaraq şüa-diaqnostika üzrə həkim Təranə Kərimovanın ultrasəs müayinə etdiyi körpələr təxminən 20 günlük stasionar müalicədən sonra sağlam şəkildə ailələri ilə birlikdə evə yola salınıb.

 

Ailə göstərilən tibbi xidmətdən razı qaldığını vurğulayaraq institutun həkimlərinə və personala öz təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib