"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Ümumi cərrah Toğrul Məhərrəmov
12.11.2022 23:25

"Həkimlərimizi tanıyaq!" rubrikamızda ümumi cərrah Toğrul Məhərrəmov haqqında məlumatları diqqətinizə çatdırırıq.

 

Toğrul Məhərrəmov 1984-cü ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə-profilaktika fakültəsinə daxil olub. 2007-2008-ci illərdə Əfəndiyev adına Bakı şəhəri 2 saylı xəstəxanada internatura keçərək ümumi cərrah ixtisasına yiyələnib.

 

Pedaqoji fəaliyyətlə də məşğul olan Toğrul Məhərrəmov 2011-ci ildən 2021-ci ilədək ATU-nun III Cərrahiyyə kafedrasında müəllim işləyib.

 

O, 2021-ci ildən Respublika Kliniki Xəstəxanasının II Cərrahiyyə şöbəsində həkim - ümumi cərrah vəzifəsində çalışır.

 

Həkim müxtəlif ölkələrdə keçirilən cərrahiyyə kurslarında və konfranslarda iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib