“Daun xəstəlik deyil, fərqlilikdir!” şüarı ilə xeyriyyə tədbiri keçirilib
12.11.2022 18:59

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və Dünya Fudokan Federasiyasının Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdindəki Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində tədbir keçirilib.

 

Nümayəndəlikdən bildirilib ki, “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbirdə idman federasiyaları, tanınmış idmançılar, mətbuat xidmətinin rəhbərləri, ictimai birliklərin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə “Bayraqdar” İctimai Birliyinin sədri Nərmin Kazimova çıxış edərək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin hər zaman idman və sosial layihələrə dəstəyini əsirgəmədiyini və gənclərin yanında olduğunu deyib.

 

Sonra çıxış edən reabilitasiya mərkəzinin direktoru Natella Həsənova tədbirin əhəmiyyətini vurğulayıb, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə təşəkkür edərək belə təşəbbüs üçün minnətdarlığını bildirib.
Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə təmsil etdiyi qurumun sosial layihələrə dəstək verdiyini və gələcəkdə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb, belə layihələrin həyata keçirilməsində dəstək olan “Alo Hədiyyələr” və “Color Reklam Plus” şirkətlərinə təşəkkür edib.
Proqram çərçivəsində uşaqlar üçün bədii əyləncəli oyunlar, eləcə də mərkəzdə təhsil alan uşaqların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları təşkil olunub.

 

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd daun sindromunun xəstəlik yox, genetik fərqlilik olmasına diqqət çəkmək, mərkəzdə reabilitasiya keçən uşaqların sosiallaşmasında rol oynamaq və onların cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib