AQTİ laboratoriyası ABŞ-da keçirilən səriştəlilik sınağında uğurla iştirak edib
11.11.2022 14:38

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Eyni zamanda, laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

 

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatlarının Texas A&M AgriLife Research Agentliyi tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb. Laboratoriya Aflatoksin B1 və Ümumi aflatoksin (B1, B2, G1, G2) parametrləri üzrə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.

 

Milli Referens Laboratoriyası bu il ərzində iki dəfə Texas A&M AgriLife Research Agentliyi tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında iştirak edib.

 

Qeyd edək ki, bu günədək sınaq laboratoriyası müxtəlif müayinələr üzrə beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (Proficiency Tests) iştirak edərək uğurlu nəticə göstərən laboratoriyalar sırasında yer alıb. Eyni zamanda, laboratoriya Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH (DAkkS) tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib