Yeni qanunla bioloji aktiv qida məhsullarının qeydiyyatı tələb olunacaq
10.11.2022 20:21

Gələn il yanvarın 1-dən “Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə qida təhlükəsizliyinin təmin olunması sahəsində bir sıra yeniliklər həyata keçiriləcək. Bunlardan biri də bioloji fəallığa malik qida əlavələri ilə bağlıdır. Belə ki, yeni qanunla “bioloji fəallığa malik qida əlavələri” adı dəyişdirilərək “bioloji aktiv qida məhsulları” kimi ifadə olunacaq.

 

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həmin məhsulların emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə veriləcək. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının (BAQM) ölkə ərazisində dövriyyəsi isə qadağan olunacaq.

 

Bundan əlavə, yeni qanunvericilikdə bioloji aktiv qida maddələrin təhlükəsizlik (çirkləndirici, mikrobioloji, baytarlıq preparatlarının qalıq miqdarı) və etiketlənmə tələblərinin yer aldığı sanitar norma və qaydalarının təsdiq edilməsi nəzərdə tutulur.

 

Qeydiyyat respublika ərazisində ilk dəfə emal olunacaq bioloji aktiv qida məhsulları üçün emal mərhələsində, ölkə ərazisinə ilk idxal olunacaq bioloji aktiv qida materialları üçün isə idxaldan əvvəl həyata keçiriləcək.
Bioloji aktiv qida məhsullarının respublika ərazisində emal edildiyi qida biznesi obyektlərində emal edilmiş və dövlət qeydiyyatına alınması üçün müraciət edilmiş ilk məhsulun qeydiyyatı mərhələsində həmin obyektlərdə qiymətləndirmə həyata keçiriləcək.

 

Dövlət qeydiyyatına alınmış bioloji aktiv qida məhsulları reyestrə daxil ediləcək. Daxil olunmuş məlumatlar Qida Təhlükəsizliyi Agentliyinin internet saytında yerləşdiriləcək, daimi yenilənəcək və axtarış aparan hər kəs üçün açıq olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib