Milli Onkologiya Mərkəzinin əməkdaşları beynəlxalq tədbirdə ölkəmizi uğurla təmsil ediblər
11.11.2022 00:18

Milli Onkologiya Mərkəzinin (MOM) Nüvə təbabəti və radionuklid müalicə şöbəsinin əməkdaşları beynəlxalq tədbirdə ölkəmizi uğurla təmsil ediblər.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, akademik Cəmil Əliyevin rəhbərliyi ilə onlar dünyanın bir çox ölkəsinin nümayəndələrinin təmsil olunduğu onkologiya və nüvə təbabəti sahəsində böyük nüfuza malik olan Avropa Nüvə Təbabəti Assosiasiyasının (EANM) hər il təşkil etdiyi beynəlxalq konfransda fərqləniblər.


Avropa Nüvə Təbabəti Assosiasiyasının bu il oktyabrın 14-19-da İspaniyanın Barselona şəhərində təşkil olunan konqresində 7000-dən çox alim və tədqiqatçının iştirak etdiyi mötəbər elmi tədbir Azərbaycan onkoloqlarının elmi nailiyyətləri ilə yadda qalıb. Şöbə əməkdaşlarının məruzə üçün təqdim edilən, əsrimizin bəlası hesab olunan süd vəzi xərçəngi və prostat vəzi xərçənginin molekulyar diaqnostika və müalicəsinə həsr olunmuş 4 elmi işin 3-ü sözlü məruzə, digəri isə poster şəklində olmaqla EANM tərəfindən təqdimat üçün qəbul edilib.

 

Süd vəzi xərçəngi üzrə aparılan “Comparison of 68Ga-FAPİ PET/CT and 18-FDG PET/CT in breast carcinoma staging: Results of 100 patients” adlı elmi məqalə MOM-un Nüvə Təbabəti və Radionuklid müalicə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov tərəfindən sözlü məruzə olaraq tədbir iştirakçılarına təqdim edilib və “EANM-in seçilmiş mühazirəsi” (EANM Highlighted Lecture) kimi qəbul olunub. Qeyd etmək lazımdır ki, 71 ölkədən qəbul edilmiş 1563 elmi işdən cəmi 20-si onkoloji sahədə “EANM Highlight Lecture” olaraq seçilib.

 

Milli Onkologiya Mərkəzinin alim və mütəxəssislərinin beynəlxalq elmi uğurları ölkəmizdə səhiyyə və elm sahəsində aparılan səhiyyə islahatlarının bariz nümunəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib