Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi üçün işçi qrupu yaradılıb
10.11.2022 17:00

Gələcəkdə onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi ilə bağlı məsələni həll etmək üçün Milli Onkologiya Mərkəzi ilə birgə işçi qrupu yaradılıb.

 

Aztibb.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

 

"Bununla bağlı dəqiq hesablamalar lazımdır ki, bilək ki, bu işin öhdəsindən gələ bilərik ya yox. İlkin olaraq ümumi hesablama ilə təxminən 200 milyon manat ətrafında rəqəmlər görünür. Amma bu rəqəmlər də hələ dəqiq deyil. Biz yalnız rəqəmlər dəqiqləşəndən sonra deyə bilərik ki, həmin xəstəlik xidmətlər zərfinə salınacaq ya yox. Auitizm xəstələrinin diaqnostikası icbari tibbi sığorta çərçivəsində qismən həll olunur. Müalicəsi məsələsinə gəlincə, bu məsələni araşdırıb yazılı şəkildə geridönüş edərik” - deyə o qeyd edib.

 

Regionlarda olan ambulator tibb müəssisələrinin təmiri məsələsinə toxunan Z.Əliyev bildirib ki, ölkədə tənzimləyici orqan Səhiyyə Nazirliyidir. “Xəstəxanaların tikintisini məhz həmin qurum müəyyənləşdirir. Bizə bu kimi məsələlərlə bağlı müraciətlər gəldikdə Səhiyyə Nazirliyinə müraciət edirik və onlar da investisiya büdcəsi hesabına bunu həll edirlər. Biz də təbii ki, əsaslı təmir və ya cari təmir işlərində tibb müəssisələrinə dəstək oluruq. Növbəti ilin büdəcsində də bu işlər üçün əlavə 40 milyon manat vəsait nəzərdə tutulub”, - deyə Z.Əliyev əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib